Hipokalemiya
Giriş
Plazmada kaliumun miqdarının kəskin azalması hüceyrə sükunət potensialı və qıcıq qapısının dəyişməsinə səbəb olur ki, bu da öz növbəsində bədxassəli aritmiyalar kimi təhlükəli nəticələrə gətirib çıxara bilər. Hipokalemiyanın ən çox rast gəlinən səbəbi olaraq ishal və qusma kimi qastrointestinal traktdan kaliumun itirilməsini göstərmək olar.
Etiologiya
Hipokalemiyanın əsas səbəbləri:
- Qastrointestinal traktdan kaliumun itirilməsi:
- Qusma, ishal
- Böyrəklərdən kaliumun normadan artıq uzaqlaşdırılması:
- Hiperaldosteronizm , hiperkortizolizm
- Diuretik preparatlar (kaliumsaxlayıcı diuretiklər istisna olmaqla)
- Alkaloz
| Yadda saxlamaq üçün: kalium çoxdursa hidrogen də çoxdur, kalium azdırsa, hidrogen də azdır. Yəni hiperkalemiya, adətən, asidozla, hipokalemiya isə alkalozla assosiasiya olunur. |
Kaliumsaxlayıcı diuretik preparatlar:
|
Hiperaldosteronizm və hiperkortizolizm necə hipokalemiyaya səbəb olur?
|
Simptomlar
Hipokalemiya zamanı əsas simptomlar:
- Hiperpolyarizasiya – oyanıcılığın azalması:
- Yorğunluq, əzələ zəifliyi
- Qəbizlik
- Adətən, taxikardik aritmiyalara səbəb olur
Hipokalemiya ilə hiperpolyarizasiya arasındakı əlaqə:
|
Diaqnostika
Plazmada kaliumun normal miqdarı: 3,6-5,2 mmol/l
- Hipokalemiya < 3,6 mmol/l
Müalicə
Hipokalemiya zamanı müalicə
Kalium substitusiyası (əvəzolunma terapiyası):
- Yüngül hipokalemiya zamanı (3-3,6 mmol/l) – oral kalium
- Orta və ağır hipokalemiya zamanı (<3 mmol/l) – damardaxili kalium