Qəbizlik
Giriş
Qəbizlik – bir həftə ərzində 3 gündən daha az defekasiya aktının olması və ya defekasiyanın ağrılı olmasııdır.
Etiologiya
Qidalanma mənşəli:
Bitki mənşəli qidalardan az istifadə, az su içmək, az fiziki hərəkət etmək
Dərman mənşəli:
Opiatlar, antixolinergik preparatlar, alüminium hidroksid
Diabetik qastroparez
Bağırsaq mənfəzinin stenozuna səbəb olan patologiyalar:
İltihabi bağırsaq xəstəlikləri ( Kron xəstəliyi , xoralı kolit), bağırsaq şişləri
Anadangəlmə patologiyalar:
Hirşprunq xəstəliyi
Diaqnostika
Anamnez:
Qidalanma? Su içmək vərdişləri? Hərəkət?
Dərman qəbulu?
Yanaşı simptomlar? (məsələn: çəki itkisi → şiş şübhəsi)
Digər xəstəliklər? ( şəkərli diabet → diabetik qastroparez)
Laborator müayinə:
Nəcisin müayinəsi (nəcisdə qan? leykositlər?)
Biokimyəvi analiz (elektrolit disbalansı? TSH?)
Koloskopiya:
> 45 yaş şəxslərdə bağırsaq şişini çıxdaş etmək üçün aparılır

Müalicə
Əsas kauzal terapiya etioloji faktorun (xəstəliyin) müalicəsindən ibarətdir.
Dərman mənşəli:
Dərman dozasının azaldılması, mümkünsə qəbulun dayandırılması
Tiroid hormonlarının substitusiyası (levotiroksin)
Diabetik qastroparez:
Metoklopramid, domperidon
İltihabi bağırsaq xəstəlikləri ( Kron xəstəliyi , xoralı kolit) → müvafiq müalicə
Şiş xəstəlikləri:
Kimyaterapiya, şüa terapiya və ya cərrahi müalicə
Hirşprunq xəstəliyi
Cərrahi müalicə
Simptomatik müalicə mərhələli şəkildə aparılır:
Həyat tərzinin dəyişdirilməsi:
Bitki mənşəli qidalardan daha çox istifadə, daha çox su içmək, daha çox hərəkət etmək
Dərman terapiyası:
Polietilenqlikol (makroqol), laktuloza
Bağırsağı imalə etmək (yalnız kəskin hallarda)