Akromeqaliya
Giriş
Akromeqaliya böyümə hormonunun (growth hormone) həddən artıq ifrazı nəticəsində ətrafların və üzün böyüməsilə xarakterizə olunan xəstəlikdir. Əksər hallarda səbəb hipofizin ön payının şişidir. Simptomlara həddən artıq böyümə ilə yanaşı arterial hipertoniya və qlükoza toleransının artması aiddir. Diaqnoz üçün böyümə hormonu qanda təyin olunur. Diaqnostika və müalicə üçün, həmçinin, radioloji müayinə (KT və ya MRT) da tələb olunur. Bu vasitə ilə şiş aşkar olunur və cərrahi əməliyyat ilə uzaqlaşdırılır.
Etiologiya
Hipofizin ön payının böyümə hormonu ifraz edən şişi
Simptomlar
Ətrafların, kəllənin və ya üzün bir hissəsinin böyüməsi (məsələn: burun, dil)
Qlükoza toleransının azalması
Hiperhidroz (həddən artıq tərləmə)
Baş və ətraf ağrıları
Diaqnostika
Laborator müayinə:
Böyümə hormonu (growth hormone) ↑
IGF-1 (insulin-like growth factor) ↑
Radioloji müayinə:
KT və ya MRT
Şişi aşkarlamaq üçün
Müalicə
Cərrahi əməliyyat və ya şüa terapiya əsas müalicə metodlarıdır.
Bunlar mümkün olmadıqda dərman terapiyası tətbiq olunur:
Oktreotid (somatostatin analoqu)
Peqvisomant (GH reseptor antaqonisti)