Atrioventrikulyar blok
Giriş
Atrioventrikulyar (AV) blok eyniadlı düyünün ötürücülük qabiliyyətinin pozulmasıdır. Pozulmanın dərəcəsindən asılı olaraq 3 formada təsnif olunur:
1-ci dərəcəli AV blok:
EKQ-də PQ intervalı uzanır (PQ > 200 ms)

2-ci dərəcəli AV blok – iki tipə bölünür:
Tip 1: PQ intervalı getdikcə artır və müəyyən nöqtədən sonra artıq QRS kompleksi müşahidə olunmur.
Tip 2: müntəzəm olaraq QRS kompleksi itir. P dalğasının QRS kompleksinə nisbəti, adətən 2:1 və ya 3:1 şəklində olur.


3-cü dərəcəli AV blok:
P dalğaları və QRS kompleksləri arasında əlaqə olmur. Yəni qulaqcıq və mədəciklər qeyri-sinxron şəkildə yığılırlar.

Etiologiya
Kardiomiopatiyalar (hipertrofik, restriktiv və dilatativ kardiomiopatiya)
İdiopatik
Simptomlar
Adətən, 1-ci dərəcəli AV blok və 2-ci dərəcəli AV blok Tip 1 asimptomatik olur.
Digər hallarda isə, əsasən, aşağıdakı simptomlar müşahidə oluna bilər:
Başgicəllənmə, sinkop
Kardiogen şok əlamətləri

Diaqnostika
Diaqnoz EKQ əsasında qoyulur. Diaqnostik kriteriyalar yuxarıda verilmişdir.
Müalicə

