Miokard infarktı
Giriş
Miokard infarktı klinik olaraq özünü kəskin başlayan, sol qola, boğaza və bəzən də epiqastriuma yayılan döş qəfəsi ağrıları şəklində göstərir. Əlavə olaraq xəstə kəskin təngnəfəslik və qorxu hissindən şikayətlənə bilər.

EKQ müayinəsi, laborator göstəricilər və koronar angioqrafiya xəstəliyin diaqnostik olaraq müəyyənləşməsində əsas müayinələrdir.
Angina pectorisdən fərqli olaraq miokard infarktı zamanı miokard toxuması zədələnir və belə olan halda qanda troponin və CK-MB (kreatininkinazanın miokard toxumasında rast gəlinən izoforması) yüksəlir.
Miokard infarktının iki forması mövcuddur:
- STEMI (ST-elevation myocardial infarction) :
- EKQ-də ən az iki qonşu aparmada ST-elevasiyası müşahidə olunur.
- NSTEMI (non-ST-elevation myocardial infarction) :
- EKQ-də dəyişiklik müşahidə olunmur, lakin troponin yüksəlir.

STEMI zamanı ölüm faizi daha yüksəkdir, bu zaman ilk 120 dəqiqə ərzində koronar angioqrafiya müayinəsi aparılmalıdır. Əgər bu mümkün deyilsə, tromboliz terapiyası tətbiq olunur. NSTEMI zamanı isə koronar angioqrafiya xəstənin stabilliyindən asılı olaraq ilk 72 saat ərzində aparıla bilər.

Etiologiya
Miokard toxumasında qan təminatının azalması:
- Koronar tromboemboliya
- Koronar disseksiya
- Prinsmetal anginası
- Uzunmüddətli bradikardiya
- Tənəffüs çatışmazlığı
- Politravma, kəskin qanitirmə
Miokard toxumasının oksigen ehtiyacının artması:
- Arterial hipertoniya
- Hipertiroidizm
- Uzunmüddətli taxikardiya
Simptomlar
- Kəskin retrosternal ağrı və ya döş qəfəsi üzərində təzyiq hissi
- Hərəkətdən asılı deyil və sol qol, sol çiyin, boğaz, çənə, bəzən isə epiqastriuma yayıla bilər
- Tərləmə, ölüm qorxusu
- Ürəkbulanma, qusma
Diaqnostika
EKQ
Kəskin döş qəfəsi ağrısı və ya şübhəli atipik simptomlara malik xəstədə ən gec 10 dəqiqə ərzində EKQ aparılmalıdır.
STEMI zamanı:
- Ən az iki qonşu aparmada > 1 mm ST elevasiyası
NSTEMI zamanı:
- ST elevasiyası olmur, bəzən isə ST depressiyası və ya T neqativləşməsi müşahidə oluna bilər
EKQ-ə əsasən infarktın lokalizasiyası:

Laborator müayinə
Troponin:
- Miokard infarktına şübhə olduqda dərhal yoxlanılmalıdır
- Yüksək olması bəzi istisna hallar xaricində infarktı təsdiqləyir
- Normal olması miokard infarktını çıxdaş etməyə kifayət etmir. Xəstədə miokard infarktına xas əlamətlər müşahidə olunursa, 2-3 saat ərzində yenidən yoxlanılmalıdır.
Miokardın quruluş zülallarından biridir və miokard zədələnməsi zamanı plazmaya çıxır. Miokard infarktı zamanı digər göstəricilərə nəzərən ən yüksək həssaslıq və spesifikliyə malikdir. Troponin, həmçinin, aşağıdakı patologiyalar zamanı da yüksəlir: |
CK və CK-MB: miokard infarktı zamanı yüksələn digər göstəricilərdir.
CK (kreatinkinaza) əzələlərdə və bəzi digər toxumalarda enerji istehsalında iştirak edən fermentlərdən biridir. 3 əsas izofermenti aşağıdakılardır:
|
Koronar angioqrafiya
Həm diaqnostik, həm də terapevtik metod:
- STEMI zamanı – maksimum 2 saat ərzində
- NSTEMI zamanı – 72 saat ərzində

Müalicə
STEMI:
- Perkutan koronar müdaxilə - 2 saat! ərzində həyata keçirilməlidir.
- Əgər müdaxilə mümkün deyilsə, o zaman dərman tromboliz terapiyası aparılır.
- Bəzən isə anatomik olaraq koronar müdaxilə mümkün olmadıqda "aortokoronar bypass" əməliyyatı tətbiq olunur.
| Angioqrafiya ilə yanaşı stent implantasiyası və ya balon dilatasiyası aparıldıqda bu, perkutan koronar müdaxilə adlanır. |
Dərman tromboliz terapiyası üçün tenekteplaza, alteplaza və ya reteplazadan istifadə olunur. Bu preparatlarla yanaşı kombinə olaraq, həmçinin, aşağıdakı preparatlar da istifadə olunur:
|
NSTEMI:
- Perkutan koronar müdaxilə - xəstənin risk faktorlarından asılı olaraq 72 saat içərisində aparılır