Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Hiperkalemiya

Giriş  

Plazmada kalium miqdarının kəskin artması kardiomiositlərin sükunət potensialı və qıcıq qapısının dəyişməsinə səbəb olur ki, bu da öz növbəsində bədxassəli aritmiyalar kimi təhlükəli nəticələrə gətirib çıxara bilər. Hiperkalemiya, əsasən, böyrək çatışmazlığı nəticəsində ortaya çıxır.   

 

Etiologiya  

Hiperkalemiyanın əsas səbəbləri:  

Yadda saxlamaq üçün: kalium çoxdursa hidrogen də çoxdur, kalium azdırsa, hidrogen də azdır. Yəni hiperkalemiya, adətən, asidozla, hipokalemiya isə alkalozla assosiasiya olunur.  

 

Simptomlar   

Hiperkalemiya zamanı əsas simptomlar:  

  • Hipopolyarizasiya – oyanıcılığın artması:  
    • Əzələ qıcolmaları, əzələ zəifliyi  
  • Bradikardiya  

Hiperkalemiya ilə hipopolyarizasiya arasındakı patofizioloji əlaqə:

  • Plazmada kalium  ↑ → hüceyrəarası mayedə kalium ↑ → hüceyrə içərisi ilə xarici arasında konsentrasiya fərqinin azalması → sükunət potensialı ↑→ oyanıcılıq ↑

 

Diaqnostika  

Plazmada kaliumun normal miqdarı: 3,6-5,2 mmol/l  

  • Hipokalemiya > 5,2 mmol/l  

 

Müalicə  

Yüngül hiperkalemiya (5,2-6 mmol/l):  

  • İnfuziya terapiyası (mümkün qədər az kalium ehtiva edən infuziyalara üstünlük verilməlidir)  
  • Kaliumu bədəndən uzaqlaşdıran diuretiklərin dayandırılması  
  • Kaliumdan zəngin qidalardan qaçınmaq  

Orta və ağır hiperkalemiya (>6 mmol/l):    

  • Kalsium qlükonat    
  • Qlükoza və insulinin birgə verilməsi     
  • Salbutamol inhalyasiyası:  
    • β2 simpatomimetiklər də kaliumun hüceyrə içinə keçməsini asanlaşdırır.  
  • Furosemid:   
    • Kaliumun böyrəklər vasitəsilə uzaqlaşdırılmasını asanlaşdırır.      
  • Natrium bikarbonat:  
    • Yanaşı olaraq asidoz varsa, tətbiq olunur.      
  • Dializ  
    • Digər tədbirlər effekt vermirsə və ya xəstədə anuriya olması təcili hemodializə göstərişdir.  
Kalsium qlükonat membranstabilləşdirici təsir göstərir, aritmiyaya meylliliyi azaldır. EKQ-də hiperkalemiya üçün tipik dəyişikliklər – P dalğasının amplitudunun azalması, geniş QRS kompleksi, yüksəlmiş T dalğası və ya bradikardiya varsa, istifadə olunur.   

Qlükoza və insulinin birgə verilməsinin səbəbi:  

  • Qlükoza hüceyrə içərisinə keçdikdə özü ilə birlikdə kaliumu da hüceyrə içinə aparır. Buna görə də qlükoza və eyni zamanda qlükozanı hüceyrə içinə daşımaq üçün birlikdə insulin verilir.