Qeyri-adekvat ADH sindromu (SIADH)
Giriş
Qeyri-adekvat ADH sindromu ( SIADH – Syndrome of inappropriate antidiuretic hormone secretion ) su-duz balansının pozulması ilə xarakterizə olunan nadir endokrin xəstəlikdir. Bu sindrom zamanı antidiuretik hormonun (ADH) artıq sekresiyası müşahidə olunur ki, bu da suyun orqanizmdə tutulmasına səbəb olur.
Etiologiya
Paraneoplastik səbəblər:
- Ən çox rast gəlinən səbəb kiçik hüceyrəli ağciyər xərçəngi dir. Bu zaman şiş hüceyrələri ektopik olaraq ADH və ya ona bənzər peptidlər ifraz edir.
Nevroloji səbəblər:
- Kəllə-beyin travması
- İnsult , beyindaxili qanaxmalar
- Meningit
- Multipl (dağınıq) skleroz
Dərman mənşəli:
- Tiazid diuretikləri
- Antidepresantlar
- Antipsixotik preparatlar
Simptomlar
Əksər hallarda asimptomatik olur. Lakin bəzən aşağıdakı qeyri-spesifik əlamətlər meydana çıxa bilər:
- İştahsızlıq, ürəkbulanma, qusma
- Başağrısı
| Qeyri-adekvat ADH sindromu zamanı orqanizmdə suyun miqdarı artsa da ödem müşahidə edilmir. |
Diaqnostika
Diaqnoz aşağıdakı kriteriyalara əsaslanır:
- Hipotonik hiponatremiya:
- Plazmada natrium ↓
- Plazmanın hipoosmolyarlığı ↓
- Sidiyin sıxlığının artması:
- Sidik osmolallığı ↑
- Normovolemiya
- Ödem müşahidə olunmur
- Digər mümkün səbəblərin istisna edilməsi
Müalicə
Ümumi yanaşmalar:
- Səbəb olan xəstəliyin müalicəsi: məsələn, şiş xəstəliyi və ya beynin üzvi patologiyaları
- Maye qəbulunun qəhdudlaşdırılması
Dərman müalicəsi:
- Vazopressin-antaqonistləri:
- Tolvaptan: ADH-in təsirini bloklayaraq sidik vasitəsilə suyun atılmasını artırır
- Bəzən ağır hallarda:
- Hipertonik NaCl infuziyası
- Furosemid: diurezi artırmaqla orqanizmdə maye yığılmasının qarşısını alır