Minimal dəyişiklik xəstəliyi
Giriş
Minimal dəyişiklik xəstəliyi (minimal change disease) – immunhistoloji və işıq mikroskopunda hər hansı dəyişiklik müşahidə olunmayan qlomerulonefritdir. Yumaqcıqlardakı podositlər zədələnir və beləliklə, yumaqcıqlardan zülal itkisi artır. Əksər hallarda səbəb naməlumdur.
Etiologiya
Adətən, idiopatik
Dərman mənşəli (məsələn: QSİƏP)
Şiş xəstəlikləri (məsələn: limfoma)
Simptomlar
Nefrotik sindrom əlamətləri meydana çıxır:
Proteinuriya
Hipoalbuminemiya
Ödem → çəkinin artması
Diaqnostika
Laborator müayinə:
Proteinuriya – əksər xəstələrdə gündəlik sidikdə zülal miqdarı > 10 q
Sidikdə hialin silindrləri
Böyrəyin biopsiyası – mikroskopik müayinə:
İşıq mikroskopu:
Dəyişiklik müşahidə olunmur və ya minimal dəyişiklik
Elektron mikroskopu:
Podosit çıxıntılarının azalması/itməsi
Müalicə
Əsas terapiya:
Kortikosteroid terapiyası
Siklofosfamid
Kalsineyrin inhibitorları: siklosporin, takrolimus
Yanaşı olaraq simptomatik müalicə - digər nefrotik sindromlarda olduğu kimi:
AÇE inhibitorları və ya angiotenzin reseptor blokerləri
İlgək diuretikləri
Qidada duz məhdudiyyəti
Statinlər
Proqnoz
Yetkin xəstələrin 80%, uşaqların isə 90%-də steroid terapiyası ilə remissiya mümkündür.
Yetkin xəstələrdə residiv ehtimalı çox azdır, uşaqlarda isə bu faiz böyükdür (70%).