Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Hematuriya

Giriş  

Hematuriya eritrositlərin patoloji şəkildə sidikdə mövcud olmasını ifadə edir. Eritrositlərin miqdarından asılı olaraq bu gözlə görünə bilən (makrohematuriya) və görünə bilməyən (mikrohematuriya) ola bilər. Etioloji olaraq bir çox uroloji və nefroloji patologiyalar hematuriyanın səbəbi olaraq göstərilə bilər. Adətən, makrohematuriya uroloji patologiyaları (məs: böyrək daşı, sidik yolu infeksiyaları),  mikrohematuriya isə daha çox nefroloji səbəbləri ( məsələn: qlomerulonefritlər) düşündürür.   

 

Etiologiya  

İntrarenal səbəblər:  

Postrenal səbəblər:  

  • Böyrək daşı  
  • Sidik yolu infeksiyaları  

Sistemik səbəblər:  

  • Fizioloji olaraq ağır fiziki hərəkətdən sonra  
  • Hemoliz, rabdomioliz  
  • Laxtalanma patologiyaları və ya antikoaqulyant qəbulu fonunda qanaxma  

 

Diaqnostika  

Makrohematuriya  

Makrohematuriya zamanı əsas səbəblər:  

  • Böyrək daşı  
  • Sidik yolu infeksiyaları  

Müayinələr:  

  • Böyrək və sidik yollarının ultrasəs müayinəsi (böyrək daşlarını təsdiqləmək/çıxdaş etmək üçün)  
  • Sidiyin ümumi analizi (sidik yolu infeksiyalarını təsdiqləmək/çıxdaş etmək üçün)  

Mikrohematuriya  

Mikrohematuriyalı xəstəyə yanaşmada ilk olaraq xoşxassəli səbəblərin çıxdaş edilməlidir:  

1-ci mərhələ - xoşxassəli səbəblərin çıxdaş edilməsi:  

  • Ağır fiziki hərəkət?   
  • Menstrual qanaxmanın qarışma ehtimalı?   
  • Rektal qaxanma?  
  • Son dövrdə uroloji əməliyyat?  

2-ci mərhələ - “xəbərdarlıq” simptomlarının çıxdaş edilməsi:  

  • Yanaşı olaraq proteinuriya və ya ödem və ya yeni ortaya çıxmış arterial hipertoniya (qlomerulonefritlər)  
  • Yanaşı olaraq B-simptomları (qızdırma, gecə tərləməsi, arıqlama)  
    • Şiş xəstəliyi düşünülməlidir 
  • Böyrək nahiyəsində ağrılar (böyrək daşı)