Kəskin respirator distress sindromu
Giriş
Kəskin respirator distress sindromu (ARDS - acute respiratory distress syndrome) ağciyərlərin müxtəlif zərərverici faktorlara qarşı göstərdiyi reaksiyadır. Etioloji faktordan asılı olmayaraq aöciyər ödemi meydana gəlir ki, bu da tənəffüs çatışmazlığına və nəticədə ölümə gətirib çıxara bilər. Xəstəliyin səbəbi (kauzal terapiya) ilə yanaşı gərək olduqda, dəstəkləyici terapiya aparılaraq orqanizmə patoloji reaksiyaya ilə başa çıxa bilməsi üçün əlavə zaman verilir. Ağır hallarda ekstrakorporeal membran oksigenləşdirilməsi (ECMO) istifadə oluna bilər. Proqnoz kifayət qədər müalicə ilə belə qənaətbəxş deyil.
Etiologiya
Ağciyər vasitəsilə təsir edən faktorlar:
- Pnevmoniya
- Ağciyər emboliyası
- Kimyəvi təsir (məsələn: aspirasiya)
Sistemik faktorlar:
- Sistemik iltihabi cavab sindromu (SIRS), şok
- Ağciyərdən kənar infeksiya
- Yayılmış damardaxili laxtalanma sindromu (DIC)
- Orqan çatışmazlığı (məsələn: qaraciyər çatışmazlığı)
Simptomlar
Simptomlar xəstəliyin mərhələlərindən asılı olaraq dəyişir. Klinik olaraq ARDS 3 mərhələdə inkişaf edir:
- mərhələ: etioloji faktorun təsirindən 24 saat sonraya qədər:
- təngnəfəslik, taxipnoe, taxikardiya
- mərhələ: ilk 1 həftəni əhatə edir:
- sianoz, təngnəfəsliyin artması, iş qabiliyyətinin kəskin azalması
- auskultasiyada yaş xırıltılar
- mərhələ: 1 həftədən sonrakı dönəm:
- ağciyərlərin tənəffüs həcmlərinin azalması
- ağciyər kapilyarlarında mikrotrombların əmələ gəlməsi
- bu mərhələdə, adətən, mexaniki ventilyasiyaya gərək duyulur
- bir çox hallarda yanaşı olaraq katexolamindən asılı arterial hipotenziya inkişaf edir
Diaqnostika
Qan qazı analizi
İlkin mərhələ: hipoksik tənəffüs çatışmazlığı:
- paO2 ↓ (hipoksiya)
- paCO2 ↓ - respirator alkaloz
- paO2/FiO2 ≤300 mmHg
İrəliləmiş mərhələ: ağır hiperkapnik tənəffüs çatışmazlığı:
- paO2 ↓↓
- paCO2 ↑
- paO2/FiO2 ≤200 mmHg
Döş qəfəsinin rentgeni
İlkin mərhələ:
- Hilusların genişlənməsi
- "Buzlu şüşə fenomeni"
- Diffuz bilateral kölgələr (alveolyar infiltrasiya)
İrəliləmiş mərhələ:
- Tam kölgələnmiş "ağ ağciyər"
- Atelektaza
- Plevral effuziya
Müalicə
Müalicənin əsas elementləri aşağıdakılardır:
- Etioloji faktorun müalicəsi
- β2-mimetikler
- Surfaktant (yetkin xəstələrdə)
Ekstrakorporal tənəffüs dəstəyi
Əsas prinsip xəstə qanının cihaza alınması və geri verilməsi ilə ekstrakorporal sirkulyasiyanın təmin olunmasından ibarətdir.
Ekstrakorporal tənəffüs dəstəyinin əsas formaları belədir:
- Ekstrakorporal membran oksigenləşdirilməsi (ECMO)
- Nasossuz (pumpless) ekstrakorporal ağciyər dəstəyi (pECLA)
Ekstrakorporal membran oksigenləşdirilməsi
Veno-venoz ECMO:
- Funksiya: ağciyər funksiyasının əvəz olunması
- Qanı V. cava inferiordan alıb sağ qulaqcığa qaytarır
Veno-arterial ECMO:
- Funksiya: ağciyər və eyni zamanda ürək funksiyasının əvəz olunması
- Qanı sağ qulaqcıqdan alıb abdominal aortaya qaytarır

Nasossuz (pumpless ) ekstrakorporal ağciyər dəstəyi:
- Funksiya: ağciyər funksiyasının qismən bərpa olunması
- Qanı bud arteriyasından alıb bud venasına qaytarır