Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Membranoz qlomerulonefrit

Giriş  

Membranoz qlomerulonefrit – yumaqcıqların xronik-iltihabi xəstəliyidir. 

 

Etiologiya   

  • Adətən, idiopatik

  • Hepatit B

  • Şiş xəstəlikləri

  • Dərman mənşəli (məs: penisillamin)

 

Simptomlar  

Nefrotik sindrom əlamətləri ilə özünü büruzə verir:

  • Proteinuriya

  • Hipoalbuminemiya

  • Ödem → çəkinin artması

 

Diaqnostika   

Böyrəyin biopsiyası:

  • Elektron mikroskopda immun kompleks çöküntülərinin aşkarlanması

 

Müalicə   

Digər nefrotik sindromlarda olduğu kimidir – simptomatik terapiya:

  • AÇE inhibitorları və ya angiotenzin reseptor blokerləri

  • İlgək diuretikləri

  • Qidada duz məhdudiyyəti – gündəlik 2 qramdan az

  • Statinlər

 

Proqnoz  

  • Xəstələrin 1/3-də: xəstəlik sağalır

  • Xəstələrin 1/3-də: xronik böyrək çatışmazlığı irəliləyir və nəticədə xəstələr dializdən asılı hala düşürlər

  • Xəstələrin 1/3-də: ömür boyu xronik proteinuriya müşahidə olunur