Sinir sisteminin hüceyrələri
Giriş
Neyronlar - siqnalların qəbul edilməsi və ötürülməsi üçün ixtisaslaşmış hüceyrələrdir. Neyronun tərkibinə hüceyrə gövdəsi, dendritlər, akson və presinaptik terminallar aiddir.
Qliya hüceyrələri isə, neyronlardan daha çox sayda olub, əsasən, neyronlara dəstək funksiyasını yerinə yetirirlər.
Neyronun Quruluşu
- Hüceyrə gövdəsi:
- Bu hissə neyronun nüvəsini əhatə edir və endoplazmatik retikulum və Holci aparatını özündə ehtiva edir. Neyronun zülal sintezini və digər həyati funksiyalarını həyata keçirir.
- Dendritlər:
- Dendritlər hüceyrə gövdəsindən çıxan nazik çıxıntılardır. Neyron məlumatı dendritlər vasitəsilə qəbul edir.
- Akson:
- Burada fəaliyyət potensialları (mətndə aksion potensialları adlandırılacaq) yaranır və məlumat ötürülür. Hər neyronun yalnız bir aksonu olur və onların uzunluğu 1 metrə qədər çata bilər. Aksonun sitoplazmasında mikroborucuq və mikrofilamentlər var ki, bu da maddələrin akson boyunca sürətlə daşınmasını təmin edir. Bəzi hallarda aksonun üzərində yerləşən mielin qişası isə ötürmə sürətini artırmaq üçün vacib faktordur.
- Presinaptik terminallar:
- Akson hədəf hüceyrələrdəki presinaptik terminallarda bitir. Aksion potensialı presinaptik terminala çatdıqda neyrotransmitterlər sinapsa keçir. Daha sonra neyrotransmitterlər sinaptik yarıqdan keçərək postsinaptik membranın reseptorlarına bağlanır və beləliklə məlumat digər neyrona və ya əzələyə ötürülür.

Qlial hüceyrələr
Qliya hüceyrələri neyronlara dəstək funksiyasını yerinə yetirir. Bəzi qliya hüceyrələri isə yanaşı olaraq kök hüceyrə xüsusiyyətinə malikdir, yəni onlardan yeni qliya hüceyrələri və ya neyronlar yarana bilir.
- Astrositlər:
- Neyronlara enerji mənbəyi kimi süd turşusunu təmin edir.
- Neyrotransmitterləri sintez edir.
- Neyronlar üçün həyati əhəmiyyət daşıyan trofik faktorlar ifraz edir.
- Oliqodendrositlər:
- Mərkəzi sinir sistemində mielin qişasının sintezini təmin edir.
- Şvan hüceyrələri:
- Periferik sinir sistemində mielin qişasının sintezini təmin edir.
- Mikroqliya hüceyrələri:
- Neyron zədələnməsi baş verdikdə çoxalır və zədələnmiş hüceyrə qalıqlarını “təmizləyir”.