Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Tənəffüs sisteminin quruluşu

Tənəffüs yolları  

Tənəffüs sistemi ağciyərlərdən və ağciyərləri xarici mühitlə əlaqələndirən tənəffüs yollarından ibarətdir. Tənəffüs sistemini iki hissəyə bölmək olar:  

  1. Ötürücü zona: havanı ağciyərlərə gətirir və ya ağciyərlərdən xaric edir.  
  2. Tənəffüs zonası: alveollardan təşkil olunur və qaz mübadiləsi burada baş verir.  

 

Ötürücü zona  

Ötürücü    zona burun, burun-udlaq, qırtlaq, traxeya, bronxlar və bronxiollar ibarətdir.  

  • Funksiyası: havanı tənəffüs zonasına aparmaq, havanı isitmək, nəmləndirmək və filtrasiya etmək  

Tənəffüs yollarının quruluşu:  

  • Traxeya əsas ötürücü hava yoludur, sağ və sol əsas bronxlara bölünür.  
  • Tənəffüs yolunu örtən hüceyrələr selik ifraz edərək kiçik hissəcikləri tutmağa kömək edir. Kirpiklər vasitəsilə isə həmin hissəciklər uzaqlaşdırılır.  
  • Ötürücü hava yollarının divarında saya əzələlər mövcuddur. Onların diametri avtonom sinir sistemi tərəfindən tənzimlənir:  
    • Simpatik sinirlər - β2 reseptorlarını aktivləşdirərək tənəffüs yollarını genişləndirir.  
    • Parasimpatik sinirlər - muskarinik reseptorları aktivləşdirərək tənəffüs yollarını daraldır.  

 

Tənəffüs zonası  

Tənəffüs zonası alveollarla örtülmüş və qaz mübadiləsində iştirak edən strukturlardan ibarətdir:  

  • Bronxiollar: ötürücü hava yollarına bənzəsə də, divarlarında alveollar mövcuddur.  
  • Alveolyar axacaqlar: tamamilə alveollarla örtülüdür və kirpikli hüceyrələr yoxdur.  
  • Alveolyar kisəciklər: alveolyar axacaqların sonunda yerləşir və tamamilə alveollarla əhatələnir.  

Alveollar:  

  • Alveollar 200 mkm diametrə malikdir və hər ağciyərdə təxminən 300 milyon alveol var.  
  • Funksiyası: oksigen (O₂) və karbon qazının (CO₂) sürətli mübadiləsi üçün geniş səth sahəsi təmin edir.  
  • Alveollar elastik liflər və epitel hüceyrələri ilə örtülmüşdür:  
    • Tip I pnevmositlər: qaz mübadiləsi üçün əsas hüceyrələrdir  
    • Tip II pnevmositlər: surfaktant sintez edir və regenerasiyada önəmli rol oynayır  
  • Alveollarda eləcə də alveolyar makrofaqlar yerləşir. Bu hüceyrələr toz və digər yad hissəcikləri “təmizləməyə” xidmət edir.  

 

Ağciyərlərin qan dövranı  

  • Ağciyərlərin qan dövranı: ürəyin sağ mədəciyindən çıxan qan ağciyər arteriyaları vasitəsilə ağciyərlərə daşınır.  
  • Arteriyalar daha sonra kapilyarlara bölünərək alveolları əhatə edən sıx şəbəkə yaradır.  

Qan dövranına ağırlıq qüvvəsinin təsiri:  

  • Ayaq üstə duran zaman qan axını ağciyərin zirvəsində (yuxarı hissə) ən az, aşağı hissədə isə ən çox olur.  
  • Uzanan vəziyyətdə isə ağırlıq qüvvəsinin təsiri itir və qan bərabər paylanır.