Xronik pankreatit
Giriş
Xronik pankreatit, adətən, xronik alkoqol qəbulu nəticəsində ortaya çıxır və özünü kəmərvari qarın ağrıları ilə büruzə verir. İltihabi proses nəticəsində pankreas toxumaları fibrozlaşır, endokrin və ekzokrin funksiyalarını tədricən itirir.
Etiologiya
- Xronik alkoqol istifadəsi (xəstələrin 80%-də)
- İdiopatik
- Birincili hiperparatiroidizm :
- Hiperkalsemiya tripsinogeni hiperaktivləşdirir ki, bu da öz növbəsində avtofagiyaya səbəb olur
- Hipertriqliseridemiya:
- Yüksək miqdarda triqliseridlər pankreas kapilyarlarında parçalanır və ortaya çıxan sərbəst yağ turşuları kapilyarları zədələyir
Simptomlar
Əsas simptomlar:
- Kəmərvari qarın ağrısı (yuxarı kvadrantlarda)
- Ürəkbulanma, qusma
- Çəki itirilməsi (postprandial ağrılar xəstəni qida qəbulundan çəkindirir, əlavə olaraq ekzokrin funskiyasının pozulması yağların həzmini çətinləşdirir)
- Malabsorbsiya (ekzokrin funskiyanın pozulmasına görə):
- Yağların nəcislə itirilməsi – steatorreya, diareya
- D vitaminin itirilməsi – osteoporoz, osteomalyasiya
- A vitaminin itirilməsi – gecə (toyuq) korluğu
- K vitaminin itirilməsi – laxtalanmanın pozulması
- Endokrin funskiyasının pozulması:
- Hiperqlikemiya, şəkərli diabet
Diaqnostika
Laborator müayinə:
- Plazmada lipaza ↑, amilaza ↑, elastaza-1 ↑
- Qlükoza, HbA1c (endokrin funksiyasını dəyərləndirmək üçün)
Xronik pankreatitin diaqnostikasında qızıl standart :
- Nəcisdə elastaza-1 konsentrasiyasının təyini
Dig ər müayinələr
Qarnın ultrasəs müayinəsi:
- Nahamar konturlu pankreas
- Pankreasda kalsifikatlar
Endoskopik retroqrad xolangio-pankreatikoqrafiya (ERCP):
- Pankreas və öd axacağının daxili hamarlığının pozulması, eləcə də ehtimali daşlar və törəmələr
Müalicə
Ümumi müalicə tədbirləri:
- Alkoqol və siqaretin tərgidilməsi
- Az-az, tez-tez qida qəbulu
Dərman terapiyası
Kəskinləşmə fazalarında müalicə kəskin pankreatitdəki kimidir:
- Analgeziya:
- Metamizol, opioidlər, gərəkli olduqda, preqabalin, qabapentin və amitriptilin də əlavə oluna bilər
- Proton nasos inhibitorları
- Xronik pankreatit zamanı stress xoraların qarşısını almaq üçün
- Pankreas fermentləri
- Pozulmuş ekzokrin funksiyası səbəbilə əvəzetmə terapiyası