Autoimmun hemolitik anemiya
Giriş
Daha ətraflı oxumaq üçün: Hemolitik anemiyalar
Təsnifat
İki tipi var: soyuq və isti tip.
- Soyuq tip AHA zamanı aşağı temperaturlarda autoimmun anticisimlər (adətən, IgM tipli) eritrositlərə yapışaraq onların parçalanmasına səbəb olur. Adətən, bir neçə həftə içində spontan remissiya olur. Əks təqdirdə isə müalicə ilk növbədə rituksimab və plazmaferezlə aparılır. Bundan əlavə soyuq havadan qaçınmaq simptomları aşkar şəkildə azaldır.
- İsti tip AHA zamanı nisbətən yuxarı temperaturlarda autoimmun anticisimlər (adətən, IgG tipli) eritrositlərə yapışaraq onların parçalanmasına səbəb olur. Müalicədə ilk seçim preparatı prednizolondur. Terapiya uğursuz olduqda, rituksimab, siklofosfamid kimi immunsupressiv preparatlar, eləcə də splenektomiya və sümük iliyi transplantasiyası tətbiq oluna bilər.
Diaqnostika
Autoimmun hemolitik anemiyaların xarakterik xüsusiyyəti – müsbət Coombs testi