Oraq hüceyrəli anemiya
Giriş
Daha ətraflı oxumaq üçün: Hemolitik anemiyalar
Patofiziologiya
Nöqtəvi mutasiya nəticəsində qlutamat əvəzinə valin sintez olunması hemoqlobinin beta zəncirlərini dəyişərək ayrı hemoqlobin formasının (HbS) ortaya çıxmasına səbəb olur. HbS polimerləri isə eritrositlərin daha həssas olub daha asan parçalanmasına gətirib çıxarır.
Simptomlar
Heteroziqot daşıyıcılarda xəstəlik asimptomatik olur, homoziqot daşıyıcılarda isə artıq uşaq yaşlarında simptomlar üzə çıxır: Ümumi anemiya və eləcə də hemolitik anemiya simptomlarından əlavə:
- Ağrılı epizodlar (ataklar)
- Müxtəlif orqanlarda mikroinfarktlar
Diaqnoz
- Periferik qan yaxmasında orağabənzər hüceyrələr
- Hemoqlobin elektroforezində HbS aşkarlanması
Müalicə
Əsas terapiya:
- Sümük iliyi transplantasiyası
Simptomatik müalicə:
- Hidroksiurea (hidroksikarbamid)
- Ağrılı epizodlar zamanı:
- Ağrıkəsici terapiya, damardaxili infuziya