Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Tiroid vəzin fiziologiyası

Tiroid hormonların sintezi  

Tiroid hormonların sintezindəki bütün mərhələlər TSH hormonu tərəfindən stimulə edilir və aşağıdakı şəkildə baş verir:  

  1. Tiroqlobulin tiroid vəzin follikulyar hüceyrələrində tirozindən sintez olunur, qovuqcuqlarda toplanaraq follikulyar boşluğa ifraz olunur.  
  2. Yod nasosu (I-) və ya Na+-I- kotransportu:  
  • Tiroidin follikulyar epitel hüceyrələrində mövcuddur.  
  • Yod ionunu (I-) aktiv olaraq tiroidin follikulyar hüceyrələrinə nəql edir.  
  • Bu mərhələ tiosianat və perxlorat preparatları ilə inhibə oluna bilər.  
  1. Yod ionunun (I-) yod molekuluna (I2) çevrilməsi:  
  • Peroksidaza fermenti tərəfindən katalizə olunur ( bu ferment propiltiourasil preparatı tərəfindən inhibə oluna bilər)  
  1. Yod molekulunun (I2) “üzviləşməsi”:  
  • Yod molekulu folikulyar boşluqdakı tiroqlobulinin tirozin qalıqlarına birləşərək monoyodtirozin və diyodtirozini əmələ gətirir.  
  • Yod ionlarının (I-) yüksək konsentrasiyası bu mərhələni inhibə edir (Wolff-Chaikoff effekti).  
  1. Monoyodtirozin və diyodtirozinin birəşməsi:  
  • Eyni mühitdə yerləşən monoyodtirozin və diyodtirozin bir-biri ilə qarşılıqlı təsirdə olur.   
  • İki diyodtirozin molekulu birləşdikdə tiroksin (T4) əmələ gəlir.   
  • Bir monoyodtirozin və bir diyodtirozin molekulu birləşdikdə isə triyodotironin (T3) yaranır.  
  • T4 hormonunun sintezi daha çox olsa, T3 hormonu fizioloji cəhətdən daha aktivdir.  
  1. TSH stimulyasiyası:  
  • Tiroid hüceyrələri TSH tərəfindən stimulə olunduqda sintez olunmuş T3 və T4 hormonları qana ifraz olunur.   
  • T3 və Tqanda tiroksin-bağlayıcı qlobulin (TBQ) tərəfindən daşınır.  
  • Periferik toxumalarda Thormonu 5-yodinaza fermenti vasitəsilə T3 hormonuna çevrilir.  

Hamiləlik zamanı TBQ miqdarı artır və beləliklə, ümumi tiroid hormon miqdarı da artır, lakin sərbəst hormon miqdarı eyni qalır.  

Qaraciyər çatışmazlığı zamanı isə əksinə olaraq ümumi zülal sintezi, o cümlədən, TBQ miqdarı azalır və beləliklə, ümumi tiroid hormon miqdarı da həmçinin azalır, lakin sərbəst hormon miqdarı yenə də eyni qalır. 

tiroid-hormonlari.png

 

Tiroid hormon ifrazının tənzimlənməsi  

Hipotalamik-hipofizar tənzimlənmə (TRH və TSH):  

  • TRH hormonu hipotalamusdan ifraz olunur və ön hipofizdən TSH hormonunun sekresiyasını stimulə edir.  
  • TSH isə öz növbəsində tiroid hormonlarının (T3 və T4) ifrazını stimulyasiya edir. 
  • T3 hormonu əks-əlaqə prinsipi ilə TRH hormonunu, yəni dolayısı ilə TSH hormonunu inhibə edir.  
Bazedov xəstəliyi zamanı TSH reseptorlarına qarşı anticisimlər yaranır. Həmin anticisimlər TSH reseptoruna bağlanaraq TSH hormonunu yamsılayır, yəni qana tiroid hormonlarının çıxmasına səbəb olur.  

 

Tiroid hormonlarının funksiyaları  

  • Böyümə:  
    • Tiroid hormonları böyümə hormonu və somatomedinlə sinergik təsir göstərərək sümük formalaşmasında önəmli rol oynayır.  
  • Bazal metabolizm:  
    • Bazal metabolizm sürətini artırır.  
  • Mərkəzi sinir sistemi:  
    • Perinatal dövrdə mərkəzi sinir sisteminin inkişafı üçün tiroid hormonları gərəklidir.  
    • Tiroid hormonlarının çatışmazlığı döldə geridönməz əqli geriliyə səbəb olur. Yalnız qısa müəyyən bir period ərzində hormon substitusiyası öz təsirini göstərir. Bu səbəbdən də neonatal hipotiroidizm skrininq müayinəsi vacibdir.  
  • Kardiovaskulyar sistem:  
    • Kardiak outputu artırır (ürəyin periferiyaya vurduğu qan həcmini artırır)  
  • Respirator sistem:  
    • Tənəffüs tezliyini yüksəldir.