Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Rabdomioliz

Giriş   

Əzələ toxumasının zədələnməsi nəticəsində əzələ hüceyrəsinin tərkibində olan maddələrin (məsələn: mioqlobin, elektrolitlər) qan dövranına keçməsi ilə xarakterizə olunan vəziyyətdir. Əsas səbəb travmalardır. Diaqnostika laborator müayinələrə əsaslanır. Müalicə isə böyrək zədələnməsini azaltmaq üçün damardaxili maye infuziyası, elektrolit balansının tənzimlənməsi və bəzi hallarda hemodializdən ibarətdir.  

 

Etiologiya   

Travmatik səbəblər:  

  • Əzələ toxumasının birbaşa zədələnməsi  

Həddindən artıq fiziki yüklənmə:  

  • Normadan artıq fiziki hərəkət   
  • Epileptik tutma : uzunmüddətli əzələ qıcolmaları nəticəsində əzələ toxumasının zədələnməsi  

Digər səbəblər:  

  • Əzələ işemiyası (məsələn: kompartmant sindromu zamanı qan təchizatının azalması)  
  • Zəhərlənmələr:  
    • Kokain, heroin, dəm qazı zəhərlənməsi  
  • Dərmanların yan təsirləri (məsələn: antipsixotik preparatlar, statinlər)  

 

Patofiziologiya  

Mioqlobin miqdarının qanda kəskin artması → nefron borucuqlarında silindrlər əmələ gətirərək borucuq mənfəzinin tutulması → oliqouriya və ya anuriya → kəskin böyrək çatışmazlığı    

Travma zamanı qan itkisi → hipovolemiya → kəskin böyrək çatışmazlığı    

 

Simptomlar   

  • Əksər hallarda travma əlamətləri  
  • Oliqouriya və ya anuriya  

 

Diaqnostika   

Laborator müayinə:  

  • Kreatininkinaza ↑↑   
  • LDH (laktat dehidrogenaza) ↑  
  • Qanda və sidikdə mioqlobin ↑  
  • Kreatinin və sidik turşusu ↑  

 

Müalicə  

Əsas səbəbin müalicəsi:  

  • Rabdomiolizin yaranmasına səbəb olan amilin aradan qaldırılması (məsələn: travma, intoksikasiya)  

Maye və elektrolit balansının tənzimlənməsi:  

  • Gündəlik maye qəbulunun və çıxışının dəqiq ölçülməsi  

Diurez saxlanılıbsa:  

  • Damardaxili infuziya 
  • İlgək diuretikləri (furosemid, torasemid)  
  • Sidiyin qələviləşdirilməsi:  
    • Damardaxili natriumbikarbonat  

Anuriya vəziyyətində:  

  • Dializ : əgər sidik çıxışı yoxdursa və ya kritik elektrolit disbalansı varsa, dializ tövsiyə edilir