Prolaktinoma
Giriş
Prolaktinoma hipofiz vəzinin ön payında yerləşən, prolaktin sintez edən və nəticədə hiperprolaktinemiyaya səbəb olan xoşxassəli şişdir.
Prolaktinoma ən çox rast gəlinən hormonal aktiv hipofiz şişidir və hipofiz adenomasının bir növü hesab olunur.
Simptomlar
Hipofiz şişləri zamanı iki əsas simptom qrupu meydana çıxır:
- Yerli simptomlar – şişin hipofiz ətrafındakı toxumaları sıxması nəticəsində yaranır.
- Hormonla əlaqəli sistemik simptomlar – müvafiq hormonun həddindən artıq istehsalının təsiri ilə meydana çıxır.
Yerli simptomlar:
- Hipofiz toxumasının sıxılması:
- Ətrafdakı hipofiz toxumasının sıxılması nəticəsində digər hipofiz hormonlarının (böyümə hormonu, AKTH, FSH, LH) sekresiyasında müəyyən pozulmalar meydana çıxa bilər.
- Optik xiazmanın (görmə çarpazı) sıxılması:
- Şişin sella turcica (türk yəhəri) daxilində və optik xiazmanın üzərində yerləşməsi səbəbindən böyük şişlərdə görmə pozuntuları, xüsusilə bitemporal hemianopsiya (görmə sahəsinin bayır hissələrinin itirilməsi) baş verə bilər.
- Böyük şişlərdə:
- Kəllədaxili təzyiqin artması səbəbilə başağrısı, ürəkbulanma və qusma müşahidə edilə bilər.
Sistemik simptomlar
Qadınlarda:
- Prolaktin in qonadotropin rilizinq hormonu (GnRH) inhibə etməsi səbəbindən qadınların 90%-də hipoestrogenemiya ilə yanaşı anovulyasiya və amenoreya müşahidə olunur.
- Qalaktoreya (süd axması):
- Qadınların 50%-də müşahidə olunur.
- Gecikmiş simptomlar:
- Hipoestrogenemiya səbəbilə osteoporoz inkişaf edə bilər.
Kişilərdə:
- Əsas simptomlara impotentlik və libidonun itməsi aiddir.
Diaqnostika
Hiperprolaktinemiyanın diaqnostikası üçün əsasən plazmada bazal prolaktin səviyyəsi ölçülməlidir. Prolaktinin qanda normal miqdarı:
- Qadınlarda: < 20 nq/ml
- Kişilərdə: < 15 nq/ml
Qan nümunəsi yuxudan oyandıqdan 1-2 saat sonra götürülməlidir.
Laborator göstəricilərin interpretasiyası:
- >100–250 nq/ml:
- Demək olar ki, prolaktinoma diaqnozunu təsdiqləyir.
- <100 nq/ml:
- Mikroadenomaya işarə ola bilər. Bu halda digər səbəblərlə differensial diaqnostika aparılmalıdır.
Differensial diaqnostika
Hiperprolaktinemiya şişdən başqa digər səbəblərinə aiddir:
- Dərman mənşəli:
- Antipsixotik preparatlar
- Antihipertenziv preparatlar
- Estrogenlər
- Stress faktorları:
- Emosional və ya fiziki stress
- Endokrin səbəblər:
- Hipotalamusun zədələnməsi (qanaxma, travma və s.)
- Prolaktinin fizioloji artışına səbəb olan faktorlar:
- Hamiləlik: estrogenlərin təsiri səbəbindən prolaktin artır.
- Süd vermə: laktasiya prosesində prolaktin səviyyəsi yüksəlir
Müalicə
Prolaktinomalar, əsasən, dərman müalicəsi ilə nəzarət altına alınır. Bunun üçün prolaktin sekresiyasını azaldan dofamin aqonistləri istifadə olunur:
Dərman müalicəsi
- Ən çox istifadə olunan dofamin aqonistləri:
- Bromokriptin
- Kaberqolin
Cərrahi müdaxilə
- Prolaktinomanın böyüməsi nəticəsində nevroloji pozulmalar (məsələn, görmənin pozulması və ya digər kompressiya əlamətləri) meydana çıxarsa, cərrahi olaraq şiş çıxarıla bilər.
Mikroprolaktinoma
Mikroprolaktinomanın makroprolaktinomaya çevrilmə ehtimalı az olduğundan müalicə hər zaman mütləq deyil.
- Müalicəyə göstərişlər:
- Hamiləlik arzusu: reproduktiv funksiyanı bərpa etmək üçün
- Libido və ya impotensiya: kişilərdə cinsi disfunksiyanın aradan qaldırılması üçün
- Osteoporoz: prolaktin səviyyəsinin artması nəticəsində sümük sıxlığının azalmasının qarşısını almaq üçün
Proqnoz
Mikroprolaktinoma:
- Dofamin aqonistləri ilə müalicə əksər hallarda yetərlidir.
Makroprolaktinoma:
- Bəzi hallarda əlavə olaraq cərrahi müdaxiləyə ehtiyac yaranır.